Bunker filmi Venesiyada 16 dəqiqə alqışlandı
Fransalı rejissor Florian Zellerin yeni psixoloji trilleri ‘Bunker’ Venesiya Film Festivalında böyük maraqla qarşılanıb. Penelope Kruz və Xavyer Bardemin baş rollarını paylaşdığı bu film dünya premyerasında tamaşaçılar tərəfindən 16 dəqiqə 30 saniyə boyunca ayaqüstə alqışlanıb. Bu göstərici ilə ‘Bunker’ daha əvvəl 14 dəqiqə alqışlanan ‘Wild Horse Nine’ filmini geridə qoyaraq festivalın liderinə çevrilib.
Minval.info xəbər verir ki, filmdə varlı texnologiya milyarderi üçün sığınacaq tikmək təklifi alan londonlu memar Migel və onun 17 illik həyat yoldaşı Sofiyanın qorxu dolu həyatından bəhs edilir. Rejissor tamaşaçını qəsdən qeyri-müəyyənlik içində saxlayaraq sevgini, sədaqəti və bağışlanmanı sorğulamağı hədəfləyib. Filmdə ulduz cütlüklə yanaşı Stiven Qrem, Pol Dano və Patrik Şvartsenegger kimi məşhur aktyorlar da yer alıb.
Florian Zeller bu layihəni xüsusi olaraq Kruz və Bardem cütlüyü üçün qələmə alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır