"Bu yollara necə nifrət edirəm bir bilsən" - Vüsalə Əlizadə
“Yoxluğunun acısını ürəyimə həbs etdim. Bu yollara necə nifrət edirəm bir bilsən. 7 ay sənsiz”.
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə bir müddət əvvəl avtomobil qəzasında həyatını dəyişən qardaşı Əlihüseyn Əlizadə ilə bağlı paylaşımında yazıb.
“Hər gəlişimdə qarşılamağa çıxardın. Fəxrlə arxana düşüb gəlirdim, qazandığın hörməti, uğuru, insanların sənə sevgisini, güvənini görüb ürəyim dağa dönürdü. 7 aydır burada bacını qarşılamırsan, ürəyimin dağı. Ömrünün ən gözəl çağlarını fəda etdin bu yollarda, bu dənizə. Sənsiz dünyam boşdur, ömrü yarım qalanım” deyə, Vüsalə paylaşımına əlavə edib.
Qeyd edək ki, Əlihüseyn Əlizadə Dövlət Sərhəd Xidmətinin zabiti olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir



