Bu tarixdən Azərbaycanda quru sərhədlər açıla bilər: "Artıq razılığa gəlinib"
“Aprel ayında quru sərhədlərinin ya qismən, ya da tam açılması mümkün ola bilər”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. O, qeyd edib ki, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir:
“Koronavirus pandemiyası dünyada yavaş-yavaş sona yetmək üzrədir. Azərbaycanda da bütün statistik göstəricilər yaxşıdır, epidemioloji situasiya gündən-günə yaxşılaşır. Bu səbəbdən məhdudiyyətlər də aradan qaldırılır. Mənim məlumatıma görə, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir. Yəqin ki, aprel ayında quru sərhədlərinin ya qismən, ya tam açılması mümkün ola bilər”.
Deputat həmçinin qeyd edib ki, bu məsələ digər ölkənin epidemioloji vəziyyətindən də asılıdır:
“Quru sərhədlərinin açılması iki tərəfli həll olan məsələdir. Biz öz tərəfimizi aça bilərik, amma qarşı tərəfdə ölkənin epidemioloji vəziyyəti necədir, onlar açacaq, yoxsa yox, bundan da asılıdır. Ona görə də bu, hökumətlərarası danışıqlar səviyyəsində həll olunan bir məsələdir”.
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan deputat Rüfət Quliyev qeyd edib ki, quru sərhədlərinin açılması zamanı proses mərhələ-mərhələ baş tutacaq:
“Quru sərhədlərinin açılması üçün təkcə 5 günün, 10 günün, bir ayın koronavirus nəticələri kifayət deyil. Bununla mütəmadi olaraq məşğul olmaq lazımdır. Operativ Qərargah bu məsələ ilə məşğuldur. Əgər bu sərhədlər, Allahın köməyi ilə açılacaqsa, qərar verildikdən sonra onlar birdəfəlik deyil, mərhələ-mərhələ açılacaq”.
Deputatın sözlərinə görə, sərhədlər birdəfəlik açılsa, bu böyük bir fəlakətə gətirib çıxara bilər:
“Biz Operativ Qərargahın səyləri nəticəsində xəstliyin qarşısını kifayət qədər aldıq. Yeni yoluxmalar heç yüzə gəlib çatmır. Sərhədlər birdəfəlik açılsa, bu böyük bir fəlakətə gətirib çıxara bilər. Ona görə də darıxmayaq, biz Operativ Qərargaha inanaq. Orada hansı məsləhət olunsa, o qərar də veriləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir