Bu şəxslərin dövlət qulluğuna qəbul qaydası dəyişdi
“Ölkə.Az” xəbər verir ki, qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, bu dəyişiklik icra hakimiyyəti orqanlarında çalışanlara aid edilir:
“Bildiyiniz kimi dövlət qulluğuna qəbul şərtlərinə görə dövlət qulluğunda çalışan şəxslər təkrar bu imtahanda iştirak edərək vəzifəyə qəbul edilirlər. Lakin bu bənd icra hakimiyyətlərində çalışanlara aid edilmirdi. Həmin şəxslər icra hakimiyyəti orqanı rəhbərinin qərarı ilə yalnız müsahibə yolu ilə vəzifəyə qəbul edilirdi. Bu dəyişikliklərdən sonra yerli icra hakimiyyətində çalışan şəxs də dövlət qulluqçuları ilə eyni qaydada vəzifə tutacaq. Əvvəlki qayda məsələdə bərabərlik hüququ pozurdu. Hesab edirəm ki, dövlət başçısı tərəfindən təklif edilən bu dəyişiklik həm ədalət prinsipini bərpa edir, həm də bərabərlik hüququnu təmin edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət bahalaşır, kolbasa istehsalı sürətlənir
Azərbaycan taekvondoçuları İsveçrədə zirvəyə yüksəldi
Mançester Yunayted və Evertondan gərgin heç-heçə
Gənc rəssamdan yaşlanmaya fərqli baxış
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir
Emin TM: TikTok-da yeni əyləncə dalğası
Xankəndi klubunda yeni məşqçi təyinatı!
