Bu şəxslər imtahan vermədən istədiyi ali məktəbdə oxuyacaq - QANUN DƏYİŞDİ
“Beynəlxalq olimpiadalarda qalib olanlara dövlət ali məktəblərində istədikləri ixtisasda təhsil almaq imkanı yaradılacaq”.
Bu sözləri millət vəkili İsa Həbibbəyli “Təhsil Haqqında” qanun layihəsinə dəyişiklikdən danışarkən deyib.
Onun sözlərinə görə, bu dəyişikliyin mahiyyəti həmin gənclərin xaricə axınının qarşısını almaqdır:
“Beynəlxalq olimpiadalarda ali məktəbə qəbul olanların əksəriyyəti yerli ali məktəblərə deyil, xarici universitetlərə üz tuturdular. Bunun səbəbi həmin şəxslərin yalnız müsabiqədən qalib olduqları sahələr üzrə müsabiqədənkənar ali məktəblərə qəbul edilməsi idi. Bu dəyişiklikdən sonra beynəlxalq olimpiadanın qalibləri olan şagirdlərimizə istənilən ixtisas üzrə müsabiqədənkənar təhsil almaq imkanı yaradılır. Respublika üzrə olimpiadaları həvəsləndirmək üçün onların ali məktəblərin qalib olduğu ixtisas üzrə müsabiqədənkənar ixtisas üzrə təhsil almasına imkan yaradılır. Bunların sayı çox deyil. Bu qanunu qəbul etməklə, həmin dəyərli gənclərin ölkədə təhsil almasına imkan yarada bilərik”.
Publika.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda avtobus parkı 2500-ə çatır!
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
Zubir "Qarabağ"a geri dönür?
Özəl bağçalara qeydiyyat başladı: Fürsəti qaçırmayın!
Gəncədə abadlıq işlərinə 4,7 milyon manat ayrıldı
Bərdə icra başçısından tələbəyə xüsusi jest!
Bazarlarda sanitar böhran: Təhlükəsizlik təhdid altında