Bu şəxslərə icbari tibbi sığorta 3 illik pulsuz olacaq - RƏSMİ
Pensiyaçılar və işsiz vətəndaşlar 2024-cü ilə kimi icbari tibbi sığorta zərfindən pulsuz istifadə edəcəklər.
Minval.info Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Aynurə Əhmədova deyib.
Onun sözlərinə görə, icbari tibbi sığorta zərfində “chek up” müayinələr nəzərdə tutulmayıb:
“Yalnız səhhətində müəyyən problemlər hiss edildikdə ailə həkiminə müraciət etmək olar. Ailə həkimi həmin insanı müayinə, müalicə edə bilər. O həmçinin ehtiyac duyulan laborator, diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi verə, dar ixtisaslı həkimə yönləndirə bilər”.
Xatırladaq ki, bu gündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qadağa günlərində insanlar dərmanı necə alacaq? - RƏSMİ CAVAB
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı
“Megafun”dakı partlayışın görüntüləri yayıldı - VİDEO
Azərbaycanlı alimin hazırladığı vaksin ÜST-ün siyahısına daxil edilib
"Mənim sizin köməyinizə ehtiyacım var!"
Sabah havanın hərarəti 43 dərəcəyə yüksələcək