Bu qadınların uşaqlarının autizm olma riski yüksəkdir
Autizmin yaranmasının daha bir səbəbi açıqlanıb. Kimyəvi maddələrin təsirinə daha çox məruz qalan, onlarla daimi təmasda olan qadınların uşaqlarının autizm olmaq riski daha yüksək sayılır.
E-tibb.az bildirir ki, mütəxəssislərin apardığı son araşdırmaların nəticəsində bu qənaətə gəlinib. Quru təmizləmə, əczaçılıq sənayesində, metal, plastik məmulatların hazırlanmasında istifadə edilən kimyəvi maddələrin dəri, tənəffüs yolu ilə qəbul edildiyi, çoxalma sisteminə, uşağın inkişafına mənfi təsir etdiyi bildirilir.
Daha çox iş yerində kimyəvi maddələrlə çalışan, davamlı olaraq onların təsirinə məruz qalan qadınların uşaqlarının autizm olmaq riski 1,5 dəfə daha artıq sayılır.
Bildirilir ki, son 20 ildə autizmli uşaqların sayında artım qeydə alınır. Dünyada hər 68 uşaqdan birinə autizm diaqnozu qoyulur.
Autizmin əsas səbəbi hələ məlum olmasa da, hesab olunur ki, burada genetik və ətraf mühit amillərinin rolu var.
Aparılan araşdırmalar nəticəsində autizmin yaranmasında kimyəvi maddələrin də rolunun olduğu qənaətinə gəlinib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır