"Bu qədər güclü olmasaydım, ailəm çoxdan dağılmışdı"
Aktrisa Ülviyyə Xəlilbəyli Murad İsmayılla ayrılıq xəbərləri haqda danışıb.
Axşam.az xəbər verir ki, tez-tez boşanma iddiaları ilə gündəmə gələn aktrisa “Sözbaz” proqramında bu haqda açıqlama verib. O bildirib ki, ailəsini dağıtmamaq üçün çox çətinliklərdən keçib:
“Bəlkə də, bu qədər güclü olmasaydım, ailəm çoxdan dağılmışdı. Bu, evliliyimin ikinci, altıncı ayı ola bilərdi. Dörd illik ailəm dağılmayıbsa, mənim gücüm hesabına olub. Kənardan baxıb fikir bildirmək çox asandır. Bəzi şeyləri olduğu kimi qəbul etdim. Çünki belə etmədən yaşamaq olmur. Kim nə istəyir danışsın, mənim üçün önəmi yoxdur. Qadın son ana qədər çırpınır ki, ailəsi dağılmasın. Sosial şəbəkədə deyirlər, sənə nə lazımdır, uşağın var. Sadəcə söz olsun deyə danışırlar. Ürək bulandırmağı xoşlayırlar, xanımı aşağılayırlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır