“Bu, Paşinyana həyatı bahasına başa gələ bilər” – İrəvan çalxalanır
“İşğalçı Ermənistanda üç güc strukturunu təmsil edən nazirin istefa verməsi ciddi hökumət böhranından xəbər verir. Anlaşılan budur ki, Paşinyan COVID-19 pandemiyasının gətirdiyi sıxıntıların da təsiri ilə sabit idarəçilik mexanizmi qurmaqda çətinlik çəkir”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, durumun kritik olması həm də keçmiş eks-prezident, Erməni Milli Hərəkatının lideri Ter-Petrosyanın açıq bəyanatla onu müdafiə etməsindən də görünür: “O, birmənalı ifadə edib ki, pandemiya dövründə Paşinyana qarşı çıxmaq vətənə xəyanətdir”.
Fazil Mustafa qeyd edib ki, Nikol Paşinyana qarşı keçmiş iqtidar təmsilçiləri tərəfindən briliyant alveri, siqaret qaçaqmalçılığı barədə ittihamlar da intensiv xarakter almağa başlayıb:
“Əlbəttə, bizdə o təsəvvür yaranmamalıdır ki, Paşinyanın böhran nəticəsində hakimiyyətdən getməsi orada situasiyanı bizim xeyrimizə dəyişəcək. Əlbəttə, bu xəstə cəmiyyətin ağıllı, realist hansısa lideri hakimiyyətə gətirmə şansı yaxın zamanlarda görünmür. İşğaldan kiminsə imtina etməsi öz həyatı bahasına başa gələ bilər. Ancaq bütün hallarda Ermənistanda böhran vəziyyətinin ciddiləşməsi, bu ölkənin zəifləməsi bütün hallarda maraqlarımıza uyğundur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı