Bu ölkələr Amerikaya qarşı Türkiyəni dəstəklədi —
ABŞ və Türkiyə arasında gərginlik fonunda türk lirəsi ucuzlaşmaqda davam edir.
Minval.info ölkə.az-a istinadən xəbər verir ki, İran, İtaliya, Almaniya, Pakistan, Rusiya, Qətər və Livan Türkiyəni dəstəkləyib. Bu ölkələr ABŞ-a qarşı Türkiyəyə dəstək verdiklərini bildiriblər. Bir çox ərəb ölkəsində isə dolları lirəyə çevirmək üçün kampaniyalar başlayıb.
İranın XİN-inin mətbuat katibi ABŞ-ın Türkiyə əleyhinə siyasətini tənqid edib və Türkiyə üçün hər növ dəstəyə hazır olduqlarını bildirib.
İtaliyanın XİN rəhbəri Enzo Moavero Milanesi də Türkiyəyə dəstək mesajı göndərib: “Türk lirəsinin çökməsinin qısa müddətdəki nəticələrinə diqqətli şəkildə nəzarət etməliyik. Aralıq dənizi sahilindəki çox önəmli ölkəni dəstəkləməliyik. Böhran hər kəs üçün pis xəbərdir”.
Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer isə Türkiyəyə qarşı tətbiq edilən gömrük sanksiyasının hüquqa uyğun olmadığını bildirib.
Pakistanın XİN rəhbəri də ABŞ-ı tənqid edib: “Pakistan Türkiyənin regional və beynəlxalq sülh və istiqrara yönəlmiş rolunu təqdir edir. Eyni zamanda Türkiyə qlobal iqtisadiyyatın mühərriki və önəmli hissəsidir. Hər zaman Türkiyənin yanındayıq”.
Türkiyə prezidenti Ərdoğan digər ölkələrə milli pul vahidi ilə ticarət aparmağa çağırış edib. Rusiya bu çağırışa dəstək verib. Peskov da Türkiyədəki iqtisadi vəziyyətlə əlaqədar danışıb.
Qətərli jurnalist və media maqnatı Cabir Əl-Harmi ABŞ-ın Türkiyəyə qarşı apardığı iqtisadi savaşı alçaqlıq adlandırıb: “Müsəlman Türkiyənin iqtisadi və siyasi baxımdan müstəqil olmasını qəbul edə bilmirlər”.
Livanda isə Türkiyə iqtisadiyyatına dəstək üçün dollarları lirəyə çevirmək üçün kampaniya başlayıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ETA qruplaşmasının lideri həbs olunub
Milyonçu şousunun qalibi: “Tanımadığım bir dəstə qohumum ortaya çıxdı”
ABŞ-da etirazlar şiddətləndi: Kütlə Ağ Evə daxil olmağa çalışır - VİDEO
Putin-Bayden görüşü üçün xərclənən pulun həcmi açıqlandı
Simonyan hakimiyyəti tənqid edən rus mühacirlərini mühakimə etməyə çağırır