Bu ölkədə "koronavirus" sözünü işlətmək və maska taxmaq qadağan edildi
Türkmənistan hakimiyyəti “koronavirus” sözünün istifadəsini qadağan edib. Bu sözün dövlət mediası tərəfindən istifadəsinə icazə verilmir.
Qaynarinfo xəbər verir ki, bu məlumatı “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı yayıb.
Türkmənistanda fəaliyyəti yasaq edilmiş “Sərhədsiz reportyorlar” təşkilatının saytı bildirb ki, səlahiyyətlilər tibbi kitabçalardan “koronavirus” sözünü çıxardıblar. Polis insanları küçədə tibbi maskalar taxdıqlarına və koronavirusdan danışdıqlarına görə həbs edə bilər.
“Türkmənistan hakimiyyəti koronavirusla əlaqəli bütün məlumatları məhv etməyin bu ifrat üsulunu tətbiq etməklə öz reputasiyasını bir daha doğruldub”, – “Sərhədsiz reportyorlar” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə bürosunun rəhbəri Janna Kavelye deyib. Jurnalistlər beynəlxalq ictimai birliyi Türkmənistanın simasında üzə çıxan bu “qara məlumat dəliyinin” yaranmasına reaksiya verməyə çağırıb.
Üstəlik, rəsmi məlumatlara görə, ölkədə koronavirusa yoluxan bir nəfər yoxdur. Ölkə burada 44 mindən çox koronavirus infeksiyası və 2,8 mindən çox ölüm hadisəsi qeydə alınmış İranla həmsərhəddir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi