Bu milyonluq bağ evi Manafın deyil? - Dünyanın hər yerində mənim evim var - FOTO
“Deyirlər, bağ evi sizin deyil, dostunuzun bağ evidir”.
Milli.Az xəbər verir ki, bu sualla Zaur Kamal “5/5″də evindən birbaşa canlı bağlantı etdiyi Manaf Ağayevə nüraciət edib.
Berlin səfərindən Bakıya yeni qayıdan sənətçi bu məlumatı təkzib edib:
“Burada “kupça” var da. Niyə, biz nə gündə kişiyik ki, kiminsə bağında qalırıq! Nə məcburdur ki? Yoxdur, yoxdur da. Dünənə kimi olmamışdı, ölürdük ki? 25 ildən çoxdur…
Zaur, sən bilirsən ki, mən yataqxanada da qalanda göstərmişəm ki, mən burada qalmışam. Bağ indi nə böyük şeydir ki? Mənim üçün çox azdır o. Hələ ondan böyükləri olmalıdır. 35 ildir can qoyuruq, bir bağımız var da, nəyimiz var. Restoranımız yox, şadlıq evimiz yox. Nə gündəyik ki, kiminsə bağında gedək qalaq? Var qalırıq, yoxdur da bağı olmayanlar ölür ki, mən də ölürəm?!”

Zaur ardınca Manaf Ağayevə “Hara gedirsiniz arxanızca kütlə gəlir. Rusiyaya gedirsiniz hava limanında sizi bahalı-bahalı maşınlarla qarşılayırlar. Hara gedirsiniz belə. Bu hörməti necə qazandınız?” sualını ünvanlayıb.
Manaf suala “Mən bunun üçün can qoymuşam. Mən bunun üçün pul xərcləmişəm, əziyyət çəkmişəm. Heç kim heç kimi elə-belə gəlib çox istəmir. Ona görə də dünyanın hər bir yerində mənim evim var. Bu boğazdan yuxarı deyil. Doğrudan olanı deyirəm. Dünyanın harasına gedək, mənim orada evim var” cavabını verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tünzalə Ağayeva transparan geyimdə - FOTO
Aygünün bu videosunu 50 min insan izlədi
“Deputat kimi heç nə ilə yadda qalmamısınız”
Namiq Qaraçuxurlu: “Aygün Kazımova canlı əfsanəmizdir” - VİDEO
Aktyor soyadına görə “Hər şey daxil”dən imtina etdi
Aygün ölkənin ən böyük musiqi festivalında çıxış edəcək