Bu məşhurlar Azərbaycanı tərk edib
Bir vaxtlar şou-biznesdə adı gündəmdən düşməyən bəzi məşhurlar var ki, hazırda unudulmaq üzrədir. Buna səbəb isə onların ölkəni tərk edib, xaricdə yaşamasıdır. Kimi sənətini xaricdə davam etdirir, kimi də özü üçün biznes qurub.
Axşam.az ölkədən köçən məşhurların siyahısını təqdim edir:
Müğənni Ayan Babakişiyeva ailəsi ilə birlikdə iki ildən çoxdur ki, İstanbula köçüb. Müğənniliyin daşını atan ifaçı orada biznes qurub. Bir neçə sahədə fəaliyyət göstərən Ayan sonuncu dəfə gözəllik salonu açıb.

Aparıcı Rüfət Ağayev iki ildir Amerikada yaşayır. ATV-də aparıcı kimi çalışan Rüfət orada həm təhsil alır, həm də çalışır. Bu yaxınlarda isə Rüfət bir neçə günlük Bakıya qayıdacağını açıqlayıb.

Aparıcı Günel Musəvi artıq uzun illərdir Amerikada yaşayır. Bir müddət əvvəl isə o, orada ailə qurub və bir qız övladı dünyaya gəlib.

Aparıcı Elvira İsmayılovanın bu yaxınlarda Amerikaya köçdüyü bəlli olub. Elvira orada təhsilini davam etdirir.

Aparıcı Aynur Talıbova illər əvvəl ailəsi ilə birlikdə ABŞ-a köçüb. Orada müxtəlif işlərdə çalışan Talıbova tez-tez fotolarını sosial şəbəkədə paylaşır.

Aparıcı Şəhriyar Əbilov da artıq Türkiyədə özünə iş tapıb. O, model, aktyor fəaliyyətini qardaş ölkədə davam etdirir. Hətta Şəhriyar orada reklamlara da çəkilib.

Müğənni İlhamə Qasımova da bir neçə ildir ABŞ-dadır. Sənətçinin Amerikada nə işlə məşğul olması isə məlum deyil.

Aktrisa Könül Nağıyeva iki ildən çoxdur ki, İstanbulda yaşayır. Könül aktrisalıq fəaliyyətini davam etdirir. O, bir neçə filmə də çəkilib.

“Eurovision” təmsilçilərimizdən olan Fərid Məmmədov Amerikaya köçüb. Ailə qurduqdan sonra sənətdən uzaqlaşan müğənni orada kuryer kimi çalışır.

Aktrisa Cəmilə Tağızadə isə ərə getdiyi üçün Türkiyəyə köçüb. Aktrisa orada yaşayır, sənət fəaliyyətinə isə son qoyub.

Müğənni Elmir Məhərrəmov da Amerikaya köçən məşhurlarımızdandır. O, ailəsi ilə birlikdə artıq bir neçə aydır ABŞ-da yaşayır. Köhnə “Dəyirman” qrupunun solisti fotolarını tez-tez sosial şəbəkədə paylaşır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
