"Bu məsələdə cəmiyyət, təşkilatlar səfərbər olmalıdır"
“Bu gün Azərbaycanın ən öndə duran problemlərindən biri dini radikalizmdir. Azərbaycanda dini radikalizm olmayıb, lakin bu gün dini radikalizmin Azərbaycana ixrac olunması bizi narahat edən bir məsələdir”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Qeyri-hökumət təşkilatları və dini icmalar: Birgə fəaliyyətin təşkili” adlı konfransda deyib.
A.Quliyev bildirib ki, Azərbaycan dünyaya açıq ölkədir, lakin bu gün dini radikalizmin ölkəmizə yol tapması bizi ciddi düşündürən məsələdir.
O qeyd edib ki, dini radikalizmə qarşı mübarizə istiqamətində kifayət qədər maarifləndirici işlər aparılmalıdır: “Son illərdə Şura bu istiqamətdə 62 layihə maliyyələşdirib. Təklif edirəm ki, gələcəkdə Şura ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə qrant müsabiqələri keçirsin, digər fondların da maliyyə vəsaiti buraya cəlb edilsin və birgə koordinasiya həyata keçirilsin”.
A.Quliyev hesab edir ki, bu məsələdə cəmiyyətin, xüsusən qeyri-hökumət təşkilatlarının səfərbər olmasına ehtiyac var.
Şura sədri təklif edib ki, dini radikalizmə qarşı mübarizə istiqamətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumların iştirakı ilə Koordinasiya Şurası yaradılsın.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir