Bu əməliyyatlar özəl klinikalarda pulsuz həyata keçiriləcək - SİYAHI
İcbari tibbi xidmətlər zərfində göstərilən xidmətlər yalnız dövlət müəssisələrində deyil, özəl klinikalarda da göstəriləcək.
Minval.info Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, bəzi xidmətləri İTSDA tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün deyil:
“Ona görə də əhalinin bu xidmətləri daha rahat şəkildə, ödənişsiz əldə edə bilməsi üçün özəl klinikalarla da müqavilələrimiz var.
Bunlar əsasən, aorta koronar şuntlama, anjoplastika, ağır neyrocərrahiyyə əməliyyatları, müştərək travmalar, qapalı ürək əməliyyatları və s. kimi əməliyyatlar bizim müqaviləmiz olan özəl klinikalarda həyata keçiriləcək.
Sadəcə olaraq, bu əməliyyatların edilməsi üçün vətəndaş ilkin olaraq, agentliyin tabeliyində olan ərazi üzrə tibb müəssisələrinə müraciət etməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq