“Bu ilin ilk 9 ayında maliyyə rekordu qırmışıq”
“Bu ilin ilk 9 ayında “Petkim” tarixində maliyyə rekordunu qırıb. Hazırda şirkətin illik istehsal həcmi 3.6 min tondur”.
“Minval.info” xəbər verir ki, bunu SOCAR Türkiyə Neft emalı və Neft-kimya birliyinin baş direktoru və “Petkim”in baş direktoru Anar Məmmədov İzmirdə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, “Petkim” 15 əsas istehsal müəssisəsində və 6 köməkçi müəssisədə 60-a yaxın müxtəlif növ məhsul istehsal olunur: ““Petkim”də 50-dən çox ölkəyə məhsul ixrac edirik. Türkiyədə yeganə neft-kimyə istehsalçısıyıq. Türkiyə bazarı o qədər tez böyüyür ki, biz dəyişiklik eləməsək də, payımız azalır. İllik 3.6 milyon ton istehsal gücünə malikdir. Son 5 ildə – 2016-2021-ci illər ərzində ortalama ebitda illik 380 milyon dollar olub”.
Qeyd edək ki, “Petkim” 2008-ci ildə Özəlləşdirmə İdarəsindən 2 milyard 40 milyon dollara satın alınıb. Türkiyədəki ilk və tək inteqrasiya olunmuş Neft-Kimya Zavodudur. 2020-ci ilin ixrac rəqəmi 574 milyon dollar təşkil edir. 2008-ci ildən bəri hər il “Petkim”ə təxminən 100 milyon dollar investisiya qoyulub. Bu investisiyaların hamısı Petkimin öz imkanları hesabına təmin edilib. Qoyulan əlavə investisiyaların ümumi məbləği 1 milyard dollara çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda "Qarabağ" neft yatağının kəşf olunduğu təsdiqlənib
Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb
Aİ-92 markalı benzinlə bağlı VACİB XƏBƏR: İyun ayının 1-dən...
Prezident büdcədən pul ayırdı
Gürcüstana Bakıdan keçib gedən rusiyalı turistlərin sayı 85 faiz artıb
Mərkəzi Bank 200 milyonluq hərrac keçirəcək