Bu gün karantini pozan 900 nəfər cərimələndi
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib.
Minval.info-nun məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, karantin rejimi təqbiq olunan vaxtdan yəni iyunun 6-sı saat 00.00-dan bu gün saat 17.00-a qədər 900-ə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib. Nəqliyyatın hərəkəti qadağan edildiyindən, bütün mağaza və restoranların, həmçinin iaşə obyektlərinin fəaliyyəti tam dayandırıldığından Bakının küçə və prospektlərində, park və xiyabanlarında tam boşluq yaranıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda