Bu gün Çempionlar Liqası var
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
“Report”un məlumatına görə, ilk qarşılaşma İngiltərənin paytaxtı Londonda olacaq. “Tottenhem” doğma meydanda Hollandiya “Ayaks”ının müqavimətini qırmağa çalışacaq.
Londonlular 1/4 finalda İngiltərənin digər təmsilçisi “Mançester Siti”ni, “Ayaks” isə İtaliyanın “Yuventus” kollektivini mübarizədən kənarlaşdırıb.
Meydan sahibləri bu görüşdə bəzi aparıcı futbolçularının xidmətindən yararlana bilməyəcək. Serj Orye, Mussa Sissoko və Harri Keyn zədə səbəbindən meydana çıxmayacaq. Son Xın Mın isə cəzalı olduğu üçün bu matçı buraxacaq. Harri Vinks və Erik Lamelanın isə durumuna oyun vaxtı aydınlıq gələcək.
Qonaqlarda isə üç futbolçunun oynamayacağı dəqiqdir. Karel Eytinq, Hassan Bande və Vatslav Çerni zədəlidir. Nussair Mazrauinin isə matçda iştirakı sual altındadır. Komandalar arasındakı cavab oyunu mayın 8-də olacaq.
Qeyd edək ki, yarımfinalın digər oyunu mayın 1-də keçiriləcək. “Barselona” İspaniyada İngiltərə “Liverpul”unu qəbul edəcək.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya)
Baş hakim: Antonio Mateo Laos (İspaniya)
London. “Tottenhem” stadionu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı