"Bu gedişlə məni ərə verəcəksiniz"
“Vacib deyil ki, sevdiyin yanında olsun. Ağlında, ruhunda olan bir insan üçün də sevgi mahnısı oxuya bilərsən”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Show news” verilişində deyib. Sevgi ilə bağlı sualları cavablandıran müğənni həyatında heç kimin olmadığını söyləyib:
“Bu gedişlə məni ərə verəcəksiniz. Yəqin məni tək görməyə alışmamısınız. Sevgililər günü gəlir, istəyirsiz tək qalmayım. İstəyərdim, həyatımda sevgi olsun. Hər bir şəxsin sevgiyə ehtiyacı var. Mən də istəyərdim həyatımda məni sevən, olduğum kimi qəbul edən olsun. Bəlli bir yaşdan sonra sən dəyişə bilməzsən. Səni olan xasiyyətinlə, həyat tərzinlə qəbul edən olmalıdır”.
Məmmədova keçmiş həyat yoldaşının adının hələ də onunla bir hallanmasından narahat olduğunu gizlətməyib:
“Evlilik haqda danışanda yazırlar: “Lalə Məmmədova ikinci dəfə ailə qurararm”, “Boşanmış Əməkdar artist”… Altında da mənim keçmiş ərimlə şəklim. Kimsə evlilik təklifi etmək istəyirdisə də, o fotodan sonra geri çəkilər. Bitmiş bir hadisədir, danmıram. Amma bunu etməyin. “Boşanmış” vəzifədir, fəxri addır? 7 il keçib boşanmağımdan. Bunu yazıb yaramı qanadırsınız”.
https://www.youtube.com/watch?v=C3m_UL_tEMQ&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!