Bu da Sunanın qazandığı 'Maşın': Qiyməti 50 mindir - FOTOLAR
“MGP”nin ərsəyə gətirdiyi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin qalibi aparıcı Suna Kasımoğluna avtomobil təqdim edilib.
Minval.info xəbər verir ki, xalq artisti Murad Dadaşov şounun iştirakçılarını bir araya toplayaraq təntənəli təqdimat mərasimi keçirib.
Şounun aparıcısı Murad Dadaşov şounun son buraxılışını belə dəyərləndirib:
“Suna Kasımoğlu finala qaldı. Bu gözəl avtomobili Suna xanıma təqdim edirik. “Maşın” realiti şou artıq bitdi. Biz layihənin ən pik nöqtəsində tamaşaçılarla ayrılırıq, amma yeni layihələrə başlayırıq”.
50 min manatlıq dəyərində “Opel İNSİGNİA” avtomobilinə sahib olan Suna Kasımoğlu isə bildirib ki, qalib olduğu üçün çox xoşbəxtdir:
“İlk gündən qalib olacağıma inanırdım. Çünki həm psixoloji, həm də fiziki baxımdan çox güclüyəm. Murad Dadaşova dəyərli layihəyə dəvət üçün təşəkkür edirəm. İnsanlar məni “Suna ilə sına” verilişindən tanıyırdı. “Maşın” şouda isə başqa tərəfdən tanıdı, sevdi. Bunun üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, “Maşın” şouda xalq artistləri Fatma Mahmudova, Bilal Əliyev, meyxanaçı Aqşın Fateh, müğənnilər Ayan Babakişiyeva, Kərim Abbasov, Ramal İsrafilov, Türkan Vəlizadə, Nazim Pişiyarı, repçi Qurd, Niyam Salami, Aysun İsmayılova, Fuad Musayev aparıcılar Kəmalə Piriyeva, Suna Kasımoğlu, Lalə Mustafayeva, Zümrüd Qasımova və aktyor Məcid Hüseynov iştirak ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!





