16.07.2019 - 13:40
Hadisə
18 baxış
Bu dəfə milyonluq üzük oğurlandı – Gülnarə polisə müraciət etdi
“Miss Azərbaycan 2010” gözəllik müsabiqəsinin qalibi Gülnarə Əlimuradova bahalı üzüyünü itirib. O, bununla bağlı polisə müraciət edib.
RenTV-nin yaydığı xəbərə görə, 29 yaşlı qız iyulun 15-də Moskvadakı “Çayxana” restoranında istirahət edirmiş.
Tualetə gedib qayıdan zaman Gülnarə nişan üzüyünün itdiyini görüb. Ona dəymiş zərərin 1,5 milyon rubl (təxminən 40 min manat) olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
2010-cu ildə “Miss Azərbaycan” gözəllik müsabiqəsində münsiflər heyətinin 12 üzvündən 7-si qələbəni Gülnarə Əlimuradovaya verib. O, Bülbül adına musiqi məktəbinin məzunudur, daha sonra skripka sinfi üzrə Bakı Musiqi Akademiyasında ali təhsil alıb. Bir sıra brendlərin siması kimi reklam sahəsində məşhur modellərdən biri hesab olunur. (Yeni Sabah)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24