"Bu çəkilişlərin ucbatından biz də virusa yoluxuruq" - Xatun
“Koronavirus keçirməmək mümkünsüz həddə gəlib çatıb. Nə qədər qorunsam da, deyilənlərə əməl etsəm də, virusa mən də yoluxdum. Çünki daşıyıcılar aramızdadır, insanların çoxu məsuliyyətsizdir”.Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva bildirib. Koronavirus infeksiyasına yoluxan sənətçi ətrafında olan insanları günahlandırıb:
“Çoxları daşıyıcı olduğu halda rahat insanlar arasına çıxır, ətrafında olan hər kəsi də yoluxdurur. Biz sənət adamları məcburuq hansısa tədbirə, çəkilişlərdə iştirak edək. Amma bu insanların ucbatından biz də yoluxuruq. İndi məcburam ki, bütün işimi yox sayıb evə qapanım, çünki ətrafımdakıların canını da düşünürəm. Yazıqdır bu camaat. Bir ildir bu virus yaxamızı buraxmır. Niyə vəziyyətin ciddiliyini düşünmürsünüz. Hər gün bu virusun aldığı canların sayını xoşunuza gəlir?
Hərə öz canına sahib olsun. Bir az özünüzü narahat hiss etdinizsə, həkimə müraciət edin. Evdən çıxmayın. Eləsi də var ki, üç-beş günə özünü yaxşı hiss edir və çıxır evdən. Bəlkə sənin vecinə almadığın, asan keçirdiyin virus başqası üçün ölüm səbəbidir. Belə olanda da virus bitmir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!