Bu adada uşaq doğmaq qadağan edilib

Braziliyanın Fernando de Noronha adasında 12 ildir ki, uşaq doğmaq qadağan edilib.
Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, 3 min əhalisi olan adada 12 ildən sonra ilk dəfə bir körpə dünyaya gəlib. 22 yaşlı qadın qız uşağı doğub.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Adını gizli saxlayan qadın “O Globo”ya açıqlamasında bildirib ki, hamilə olduğunu hiss etməyib və başa düşəndə artıq gec olub:
“Cümə gecəsi sancılarım başladı. Sonra doğdum. Bir qız körpəsi dünyaya gətirdim. Sanki dilim tutuldu”.
Körpə sonradan bir xəstəxanaya aparılıb. Rəsmilər doğuşu təsdiqləyiblər və qadının evdə doğduğunu bildiriblər. Yerli sakinlər körpənin dünyaya gəlməsini sevinclə qarşılayıblar.
Ada dünyanın ən gözəl sahillərindən birinə sahibdir. Adada sualtı ehtiyatları qorumaq üçün əhali sayı məhduddur. Uşağa qalan qadınlar adadan sahilə çıxırlar. Fernando de Noronhada doğum evi yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar