Britaniya kəşfiyyatı “Azovstal”dakı son durumu açıqlayıb
“Mariupol “Azovstal” polad zavodundan 1 700-ə yaxın ukraynalı əsgər təslim olmuş ola bilər. Zavodun Ukrayna qüvvələrinin sayı naməlum olaraq qalmaqdadır”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Rusiya Mariupolu tam ələ keçirdikdən sonra, çox güman ki, Donbasdakı əməliyyatları gücləndirmək üçün qüvvələrini köçürəcək.
Müharibə başlayandan bəri Mariupolda Ukraynanın qatı müqaviməti bölgədəki Rusiya qüvvələrinin effektiv şəkildə yerləşdirilməmişdən öncə yenidən təchiz edilməli və bərpa edilməli olduğunu nümayiş etdirib. Bu, hərtərəfli aparılarsa, uzun bir proses ola bilər.
Bununla belə, Rusiya komandirləri əməliyyat məqsədlərinə əyani şəkildə nail olmaq üçün təzyiq altındadır. Bu o deməkdir ki, Rusiya, yəqin ki, adekvat hazırlıq olmadan öz qüvvələrini sürətlə yenidən bölüşdürəcək və bu, qüvvələrin taqətdən düşməsinə şərait yaradacaq”, – kəşfiyyatdan bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bradley Cooper və Lady Gaga'nın sevgili olub görüşmək ehtimalı nə qədərdir?
Sevgilisi ilə əlbir olub həyat yoldaşının başını daşla əzdi
“Karabakh Is Azerbaijan” platforması yaradıldı
Xatirə İslam: "Virus mağazalara, marketlərə yox, bəy-gəlinə tərəf gəlir"
Qarpız niyə ölümə səbəb olur? - ARAŞDIRMA
Bakıda yataqxana binasında uçqun - VİDEO