03.12.2019 - 20:00
Maqazin
31 baxış
"Brilyantı incitdimsə, bağışlasın" - Röya qalmaqala son qoydu
Xalq artisti Röya Ayxanın İTV-də yayımlanan “3D” proqramında Brilyant Dadaşova barədə işlətdiyi fikirlərin qalmaqala səbəb olmasına münasibət bildirib.Minval.info xəbər verir ki, Röya sosial şəbəkədə B.Dadaşovanı incitmək istəmədiyini açıqlayıb: “Mən sadəcə öz fikrimi söylədim və əsla Brilyant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğrudan da, fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi il onun yanında olmuşam və olacağam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”
Qeyd edək ki, Röya “3D” verilişində Dadaşova haqqında belə demişdi: “Niyə şərhini sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyyəti yoxdur… Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə “super” yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında “super” yazacağam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilyant xanımla bu barədə razı deyiləm”.
Daha sonra xalq artisti, Röyanın sözlərinə sosial şəbəkədə cavab verib: “Səhnəyə çıxdığım gündən indiyə kimi təriflədiyim hər kəs fürsət tapdıqca kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizlərə güvənərək təsəlli tapdım. Şükür olsun, arzularımın adamı həyatımdadır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
19.09.2026 - 09:49
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
19.09.2026 - 09:35
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
19.09.2026 - 09:00
Sabirabadda saxta əlillik dərəcəsi qalmaqalı!
19.09.2026 - 08:32