Brilyant satan dələduzlar tutuldu: biri qadındır - FOTO
Qubada brilyant satan dələduz dəstə üzvləri ifşa olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbir zamanı rayon ərazisində külli miqdarda dəyəri olan iki ədəd brilyant daş-qaşı satmaq istəyən beş nəfərdən ibarət dəstə üzvləri “iş başında” saxlanılıb.
Araşdırmalarla onların Quba rayon sakinləri – 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri – 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub.
İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilyant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.
Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı