Brilliant Dadaşovadan Röyaya ultimatum - "PUBLİKAYA OYNAMA ..."
Xalq artisti Röya Ayxanın “3D” proqramında həmkarı Brilliant Dadaşovanın fikirlərinə qarşı çıxması tərəflər arasında gərginliyin yaranmasına səbəb olub.
Minval.info xəbər verir ki, R. Ayxanın sözügedən verilişdə Brilliant Dadaşovanın ünvanına sərt fikirlər səsləndirib: “Mənə maraqlıdır, Brilliant xanım daha sonra erməni musiqiçiyə yazdığı “super” şərhini niyə pozdu? Deməli, o, öz etdiyinə inanmaq istəmədi. Biz nə qədər danışsaq da, mənim millətimi incidənlərə “super” yaza bilmərəm. Qarabağlıyam, bütün nəslim öz vətənindən uzaq düşüb, onların əziyyətini çəkirəm. Bu qədər problemin arasında onlara “super” yazacam? İstəyirsə, mahnımı əla oxusun! Amma belə etmərəm”- deyib.
Xalq artisti Brilliant Dadaşova isə onun fikirlərini “İnstagram” səhifəsində təmkinlə cavablayıb: “Röyadan bu addımı heç vaxt gözləməzdim. Birincisi, publikaya oynamaq yaxşı bir şey deyil. Kaş, Röya bu mövzu haqda danışmazdı, üstündən keçərdi. Gərək xəbərdar olmadığı məsələ haqda danışmazdı. İkincisi, vətənpərvərlik hissləri ilə oynamaq düzgün deyil. Çünki Qarabağ bizim hər birimizin yaralı yerimizdir. Mən qarabağlı deyiləm, amma azərbaycanlıyam. Dəfələrlə döyüş bölgələrində əskərlikdə olan insanlara mənəvi dəstək olmuşam. Dünyanın 30 ölkəsində “Qarabağ” deyə səslənib, oxumuşam. Lazım olan yerlərdə bu haqda mübahisə etmişəm. Amma mən həkim olsaydım, müharibə şəraitində olan xəstəni mütləq şəkildə müalicə edərdim. Diplomat olsaydım, masa arxasında oturub diplomatik məsələləri həll edərdim. Biz musiqidəyik. “Tərəkəmə”mizi, “Uzun dərə”mizi, “Vağzalı”mızı kim yüksək səviyyədə nümayış etdirib, dünyaya çıxardırsa, mən ona “super” deyərəm. Təəssüf ki, bir çox sənətçilərimizin xalq, bəstəkar mahnılarımızdan xəbərləri yoxdur. Amma mən Süleyman Dadaşov, Məlik Dadaşov, Hökümə Nəcəfova, Hüseyn Ərəblinskinin ailəsindən olan insanam və mənim üçün bizim xalq mahnılarımız çox böyük dəyər kəsb edir. Ona görə də, insanların hissləri ilə oynamaq heç yaxşı bir şey deyil. Ailəmizdə beş şəhidimiz var. Röyanın bu fikirlərini məyusluqla qarşıladım. Çünki o, məni görəndə “Sənətkarımsan” deyir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!