“Brilliant Aygündən, Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova
Tanınmış müğənni Lalə Dadaşova xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova arasında yaşanan qalmaqala münasibət bildirib.
L.Dadaşova Ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu məsələdən xəbəri yoxdur.
“Yox, xəbərim yoxdur. Heç xəbərim olmağını da istəmirəm. Brillianta sataşan insanlarla nə münasibətim var, nə də elə insanları tanımaq istəyirəm”.
Əməkdaşımızın “Hər iki sənətçimizi sülhə dəvət etmək istərdinizmi?” sualına Lalə Dadaşova belə cavab verib:
“Bu insanlar sülhə gəlir ki?! Onlar Brilliantın yaxasından nə istəyirlər, mən də bilmirəm. Amma Brilliantın yerinə də danışmaq istəmirəm. Ümumiyyətlə, mən özümə söz vermişəm ki, heç bir yerdə Brilliant haqqında açıqlama verməyəcəm. O, özü ağıllı, tədbirli insandır. Lazım olan adamın cavabını necə lazımdır verməyi bacırır. Bir böyük bacısı kimi mən Briliantı hər yerdə müdafiə etməyə həmişə hazıram, amma, Briliantla Aygünün, Briliantla Faiqin arasında… Briliant onlardan o qədər yüksəkdə dayanır ki, heç mən onlar haqqında danışmağı lazım bilmirəm”.
Qeyd edək ki, B. Dadaşovanın mərhum Xalq artisti Mirzə Babayevin ad günündə paylaşdığı videoya yazdığı sözlər qalmaqala səbəb olmuşdu.
O, “16 İyul Mirzə dayımızın dünyaya gəldiyi gündür. Yaxşı ki, O, bu günlərdə Estradanın nə günə qoyulduğunu, səhnələri sərxoş halda çıxıb yıxılanları görmədi”.
Sosial şəbəkələrdə müzakirələrdə isə xalq artistinin bu sözləri Aygün Kazımova haqqında dediyi iddia olunurdu.
Kazımova isə öz növbəsində paylaşımında Dadaşovaya cavab vermişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!