Böyük Britaniyada immiqrasiya sistemində dəyişiklik ediləcək
Britaniyanın daxili işlər naziri Sajid Cavid “Brexit” sonrası immiqrasiya sistemində bir sıra dəyişikliklərin olacağı barədə məlumat verib.
O bildirib ki, bundan sonra sistemin bir hissəsi kimi yüksək ixtisaslı işçilərin vizası üçün maaş həddi götürüləcək. Belə ki, yeni sistem mart ayından etibarən tədricən Avropa Birliyi vətəndaşlarına da tətbiq ediləcək.
Britaniya 2019-cu il martın 29-da AB-dən ayrılacaq. Bununla yanaşı, 2020-ci il dekabrın 31-dək tərəflər arasında “keçid dövrü” olması haqqında razılaşma əldə olunub. Bu keçid dövründə Böyük Britaniyaya gələn AB vətəndaşları hazırda mövcud olan hüquq və təminatlardan yararlanacaqlar. Ancaq AB və Böyük Britaniya arasında heç bir razılaşma olmadığı təqdirdə, keçid dövrü olmayacaq. Bu halda yeni miqrasiya qaydaları qəbul edilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq nefti yeni marşrutla Suriyaya daşınır
ABŞ SEPAH katerlərini raketlərlə məhv etdi
ABŞ Səudiyyəyə hərbi dəstəyi dayandırdı
Almaniyada İranla bağlı gizli hərbi görüş baş tutdu
ABŞ-ın İranla müharibəsi 42 milyarda çatdı
Rusiyanın "Vampir" qumbaraatanı ilk dəfə Afrikada!
Finlandiyadan Ukraynaya 290 milyon avroluq hərbi yardım