Böyük Britaniya Ukraynanın oğurlanmış taxılının Rusiya tərəfindən satılmasına imkan verməyəcək
Böyük Britaniya Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdə ələ keçirdiyi Ukrayna taxılının dünya bazarına çıxara bilməməsi üçün texnologiya verməyə hazır olduğunu bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ölkənin ətraf mühit naziri Corc Yustis “Sky News” kanalına müsahibəsində bildirib.
C.Yustis Britaniya hökumətinin buğdanın təhlükəsiz ixracı üçün etmək üçün rəsmi Kiyevlə birlikdə çalışdıqlarını vurğulayıb.
“Biz buğdanı quru sərhədindən keçirilməsi üçün dəmir yollarının və körpülərin bərpası üzərində işləyirik. Ərazi suları minalandığı və limanlar çalışmadığı üçün indi gəmiləri Qara dənizə gətirmək çox təhlükəlidir”,-deyə o, söyləyib.
Nazirin sözlərinə görə, Ukraynanın Odessa şəhərinin yaxınlığındakı anbarlarda hələ 25 milyon ton taxıl qalıb. Corc Yustis Rusiyanı işğal olunmuş ərazilərdə Ukrayna taxılını oğurlamaqdaa və üçüncü tərəflərə satmaqla böhrandan yararlanmağa çalışmaqda ittiham edib. Onun bildirdiyinə əsasən, bunun qarşısını almaqdan ötrü Böyük Britaniya “buğdanın təyinatını yoxlaya bilən texnologiya təqdim edəcək.
“Bu yolla biz oğurlanmış Ukrayna buğdasının bazara yol tapmamasını təmin edə bilərik”,-deyə o, qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu