Bodrumda 5 ulduzlu otelə silahlı hücum - Yaralılar var - Video
Bodrumda 5 ulduzlu oteldə silahlı insidet baş verib.
“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, otelin SPA salonunu işlədən Hüseyn Ö.-yə işləmə icazəsi olmayan xarici vətəndaşları çalışdırdığına görə rəhbərlik tərəfindən xəbərdarlıq edilib. Xəbərdarlığa əhəmiyyət verməyən Hüseyn növbəti iş günü işçiləri yenidən otelə daxil etmək istəyib, ancaq rəhbərliyin qadağası ilə üzləşib. Bunu həzm edə bilməyən salon rəhbəri əlinə silah alaraq yenidən otelə qayıdıb və qarşısına keçən şəxslərə güllə atıb. Nəticədə mühafizə müdiri Onur Pelit, otelin direktor köməkçisi Fikrət Dinlər, baş direktor Melih Alemdar yaralanıb. Yaralılardan Onur Pelit evə buraxılsa da, digər ikisinin müalicəsi davam etdirilir.
Polis hadisəni törədən şəxsi yaxalayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı