“Bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur”
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan radiosu və “İdman” kanalının müştərək yayımı olan, İlkin Babanın aparıcılıq etdiyi “Extra Time” proqramında qonaq olub.
“Minval.info” xəbər verir ki, baş katib canlı yayımda ona və AFFA əməkdaşlarına mane olan şəxslərin olduğunu deyib:
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
“Tənqidlər, hətta təhqirlər də var. Bunu kimlər yaradır? Dırnaqarası jurnalistlər, dırnaqarası peşəkarlar. Futbolun yanında olan bəzi insanlar. Mən, AFFA rəhbərliyi, bəzi əməkdaşlarımız kimlərinə qane etmir. Çünki bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur. Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm. Bu, gülməli iddiadır”.
Baş katibin çirkin işlər dediyi məsələ çox güman son illərə qədər futbolumuzda hökm sürən oyun alqı-satqısı olub. Son illər bu məsələlərinin kökünün kəsilməsi çox güman ki, bəzi şəxsləri narahat edir. Onlar da son zamanlar AFFA rəhbərliyinə qarşı qara pr kampaniyasını genişləndirib.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
