"Bizi yıxırlar..." - "Fəlakət" əsəbiləşdi
Son günlər aparıcı və aktyor İlkin Həsəninin “Çernobıl” serialı ilə bağlı paylaşdığı post qalmaqala səbəb olmuşdu. Belə ki, izləyicilərdən biri “Deməli, belə seriallara, filmlərə baxırsınız, bizə isə baxmağa Şəmiylə Şöşü hazırlayırsınız” deyə, rəy yazmışdı.
“Bozbash Pictures”ın “Fəlakət”i, aktyor Elşən Orucov məsələ ilə bağlı Axşam.az-ın suallarını cavablandırıb. O bildirib ki, yazılan şərhlərə reaksiya verməyi xoşlamır:
“Rəy yazanlara sərt reaksiya vermirəm. Kompüter arxasında oturanlar özlərini şir kimi aparır, daha sonra ya uşaq, ya da arxasından həyatda heç bir nailiyyəti olmayan insan ortaya çıxır. İnsandır, xoşuna gəlməyə bilər. Düşünürəm ki, bu, sağlam bir şey deyil”.
Orucov sosial şəbəkədə film analizi edən gəncləri də cavabsız qoymayıb:
“Arada sosial şəbəkədə gəncləri görürəm, məşhur olmaq istəyirlər. Başa düşmürlər ki, haqqımızda mənfi fikir yazmaq, ağıllı-ağıllı analiz etmək inanın ki, yaxşı bir iş deyil. Yaxınlarda birini də gördüm, filmimizi analiz edib ki, burada belə olsaydı, elə olsaydı və s. O insanla qarşı-qarşıya söhbət etsəm, həyat tərzindən, gördüyü işlərdən danışsam, deyəcəyim sözlər onu çox utandıracaq.
Biz kollektiv olaraq cavab vermirik, hətta əksinə, dəstək oluruq. Belə şey görəndə adamda qıcıq yaranır. Başlayanda haqqımızda hər söz dedilər, nəticədə yaxşı işlər görüb, bizimlə dost oldular. Bu danışıqla ətrafınızda dost saxlaya bilməyəcəksiniz. Biz 10 ildir “Bozbash pictures” kimi fəaliyyətdəyik, böyük tamaşaçı auditoriyası toplamışıq. Bizə söz deyəndə, tamaşaçılara da söz atırsınız. Məqsədimiz insanların üzündə gülüş yaratmaqdır. Bundan gözəl nə var? Elə rəylərə üzülürəm. Tək komandamıza aid deyil, bizdə yıxılanı baltalayırlar. Niyə tamaşaçılarımız dəstək olmur, bizi yıxırlar?”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!