“Bizi bıçaqlayan qardaşım arvadının keçmiş əridir” - Video
Teleaparıcı Xose Bernardo və qardaşı Rəfael Hüseynovun bıçaqlanmasının təfərrüatı məlum olub.
O, axşam radələrində evdə olarkən qardaşı Rəfael Hüseynovun həyətdə bir nəfərlə mübahisə etdiyini eşidib. Səsə çölə çıxan zaman artıq Rəfaelin qan içində olduğunu görüb: “Qardaşımın səsinə çıxdım evdən. Gördüm qardaşım bir nəfərlə əlbəyaxa dalaşır. Onda gördüm ki, qardaşım artıq bıçaqlanıb. Onun üstünü qanlı görəndə mən həmin oğlanla tutaşdım. O zaman mənə bıçaq necə dəyib, hiss eləməmişəm. Ondan sonra xəbərim yoxdur”.
Səs-küyə qonşular çıxan zaman həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb. Xose Bernardo deyir ki, onları bıçaqlayan şəxsi qardaşı Rəfael Hüseynov əvvəllər tanıyıb: “Bıçaqlayan şəxs qardaşımın indiki həyat yoldaşının keçmiş əri olub. Hesab edirik ki, hadisə qısqanclıq zəminində baş verib”.
Bəzi KİV-də və sosial şəbəkədə hadisənin Pirallahı rayonunda yerləşən restoranlardan birində, tərəflərin içkili vəziyyətdə baş verdiyi yazılsa da, Xose Bernardo bu məlumatın əsassız olduğunu deyir: “Hadisə evimizin qarşısında baş verib. Heç həmin günü restoranda olmamışıq. Biz içki içən deyilik. Nə mən içirəm, nə də qardaşım. Elə bir şey olmayıb”.
Qeyd edək ki, teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində artıq saxlanılıb. Həmin şəxs əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Su kanaldan qadın meyiti tapıldı - Tanınmaz hala düşüb
Yaşadığı binada elektrik cərəyanı vuraraq öldürdü
İsmayıllı meşələri yanır
Bakıda tanınmış Türkiyə şirkətindən külli miqdarda oğurluq edildi
Bakıda küçədə amansız dava: 34 yaşlı kişi öldürüldü
Bakıda avtobus sürücüsü qaydaları pozub qəzaya səbəb oldu - VİDEO
Azərbaycanda daha bir general SAXLANILDI