“Biz icazə verməməliyik ki, Rusiya Ukraynada qalib gəlsin”
“ABŞ Ukraynaya özünü müdafiə etmək üçün dəstək verir. Biz Ukraynaya iqtisadi, humanitar, təhlükəsizlik yardımı edirik. Bu müharibəyə görə Rusiyanın bədəl ödəməsi üçün biz tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiyalı şəkildə işləyirik. Sanksiyalar tətbiq olunur”.
APA xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.
“Həmçinin, biz NATO-nun şərq və cənub-şərq qanadının gücləndirilməsi istiqamətində müttəfiqlərlə işləyirik. Biz ölkələrin ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini dəstəkləyir, bu prinsiplərə hörmət olunan bir dünya istəyirik. ABŞ Azərbaycanın müstəqilliyini, suverenliyi dəstəkləyir, bu, dərin və real dəstəkdir.
Ukraynadakı müharibə ilə bağlı bir daha qeyd edim ki, biz icazə verməməliyik Rusiya Ukraynada qalib gəlsin, çünki belə halda bizim inandığımız bu prinsiplər dünyanın digər nöqtələrində də təhdid olunacaq”, – Dövlət katibinin köməkçisi deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ