"Biz bəd əməldən dərhal xəbər tutacağıq və siz cəzanızı alacaqsız"
“İcra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər”.
Minval.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün təyin olunan icra başçıları ilə görüşdə deyib.
Ölkə başçısı yeni başçılara tapşırıq verib: “Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - VİDEO
Artur Rasizadə: "Elə bilirlər ki, Baş nazir olmaq asandır"
Azərbaycanın Türkiyəyə göndərdiyi yardımın həcmi bilindi
Rüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir - FOTO
Səlim Müslümov ölkədən gedib? - İcra başçısı işləyən dayısından açıqlama
Müşfiqabad qəsəbəsində orduya dəstək yürüşü keçirilir FOTO VİDEO