16.11.2021 - 15:07
Maliyyə
22 baxış
Bitkoin yenə ucuzlaşıb
Bu gün gündüz hərraclarında bitkoinin məzənnəsi 10 faizdən çox azalıb.
Minval.info xəbər verir ki, ən böyük kriptovalyuta birjası olan “Binance”da bitkoin ötən günə nisbətən 10,35 faiz ucuzlaşaraq 59,1 min ABŞ dollarından satılıb. Həmçinin 20-dən çox birjanın orta rəqəmlərini dərc edən “Coin Market Cap” portalına görə gündüz hərraclarında bitkoin 10,04 faiz ucuzlaşaraq 59,2 min dollardan satılıb.
Qeyd edək ki, ötən həftə 69 min dollarlıq tarixi maksimuma çatan bitkoin bu həftənin əvvəlindən bu yana 7 faizdən artıq ucuzlaşıb. Oktyabr ayı ərzində 40 faizədək bahalaşan bitkoin üçün, bu, 2020-ci ilin dekabr ayından bu yana ən böyük artım olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
31.07.2026 - 11:57
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
31.07.2026 - 09:37
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
13.07.2023 - 14:40
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
22.05.2023 - 12:20
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
28.03.2023 - 11:40
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
08.02.2023 - 14:15
Bank kartlarından da vergi tutulacaq? - İZAH
03.02.2023 - 13:17