"Bir kişi tapa bilmirəm ki, ona bədənim yox, özüm maraqlı olum" - Renka
“Məhərrəmlik ayıdır ona görə də, hələ ki, vaxtım var. Tədbirlərə, qalalara qatılıram. Bir azdan məni görməyəcəksiniz”.
Bu sözləri rəqqasə Renka news24.az-a açıqlamasında söyləyib. Rəqqasə qrafikinin sıx olduğundan sevgiyə zaman ayıra bilmir. Ona görə də Renkanın ürəyi hələ ki, boşdur:
“Təkəm. Sevgili tapmaq çox çətindir. Mən elə-belə yox, əsl sevgi istəyirəm, o da, yoxdur. Elə bir insan tapa bilmirəm ki, ona vücudum yox, mən maraqlı olum”.
Rəqqasə sənətinə xərclədiyi küllü miqdarda pullardan danışıb: “Sənətimə çox pul xərcləyirəm. Amma səhnədən kənar həyatım üçün bahalı heç nə almıram. Brendə üstünlük vermirəm. İnsanlar niyə bir dəfə geyinəcəyi paltara o qədər pul xərcləyirlər? Ümumiyyətlə, o cür insanları başa düşə bilmirəm. O, pula gedib rəqs paltarı alaram. Pulu gəzməyə sərf edərəm. Uşaqlarımla bütün xarici ölkələri səyahət etmək istəyərdim”.
Söhbət əsnasında Renka övladlarından danışıb: “Qıraqdan baxanlar hər kəs tərifləyir. Mən övladlarım üçün yalnız ana yox, həm də atayam. Hiss edirəm ki, uşaqlarım xoşbəxtdilər. Bircə oğlum keçid dövrü yaşında olduğundan bir az ərköyünlük edir. Onu da ürəyini ələ alıb yola gətirməyə çalışıram”.
Rəqqasə eks həyat yoldaşından da söhbət açıb: “O, Moskvada yaşayır, artıq başqa ailəsi var. İstəsəm yenidən onunla barışaram, amma istəmirəm. Münasibətlərimiz normaldır. Bakiya gələndə uşaqlarla görüşür”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!