“Bir həftə sonra 1000 manatı gətirib verəndə dedi ki...”
“Elə şeylər var ki, onları öz valideynlərimlə bölüşmürəm. Çox ağır bir dönəm keçirmişdim. Borcum var idi. Tezdən Nailə Mirməmmədliyə zəng vurub dedim ki, borcumu ödədim. O da ağlamağa başladı”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan İTV-də yayımlanan “Ötən günlər” proqramında qonaq olarkən bildirib. O, mərhum bəstəkar Hikmət Mirməmmədlinin yaradıcılığına həsr olunmuş verilişdə etirafları ilə diqqət çəkib.
“Hikmət və Nailə Mirməmmədlinin 50-yə yaxın bəstələrini ifa etmişəm. Onların evində çox məzəli və şən günlərim keçib. Əzbər bilirəm. Hikmət Mirməmmədli elə məsləhətlər verirdi ki, bəlkə də başqası olsaydı, küsərdi. O, şəxsi həyata belə müdaxilə edirdi. 20 yaşım olanda məşqə gec gəlirdim. Deyirdi ki, haradan gəlirsən? Sən onları bir kənara qoy, sənətlə məşğul ol. Sonra onlar özləri gələcəklər.
Hər boş saatımda onların evində idim. Çünki orada olanda güclü olub rahatlıq tapırdım. Nailə xanımla məni başqa bağlar bağlayır. Lakin Hikmət müəllimlə başqa münasibətimiz var idi. Onunla nələrisə bölüşə bilərdim. Ya gülərdi, ya da çox sərt cavab verirdi. O şeyləri Nailə xanıma heç zaman danışa bilmərəm. Bəlkə də bu, kişi ilə daha da sıx dostluq etdiyimdən irəli gəlir.
İlk dəfə mahnı almaq istəyəndə dedi ki, 1000 manat gətir, sonra mahnı və aranjimanı dinləyərsən. Bir həftədən sonra həmin pulu gətirib ona vermək istəyəndə, dedi ki, qoy onu cibinə, özün üçün xərcləyərəsən. İstədim sənin məsuliyyətinə əmin olum. İndi ver bu pulu, sənin üçün mahnını aranjiman etsinlər. Dedim ki, siz niyə belə etdiniz, elə bir həftədən əvvəl mahnını ifa edərdim də? Cavab olaraq bildirdi ki, sən bu duyğunu da içində keçirməlisən”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!