"Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram” – Cem Yılmaz
Türkiyənin məşhur aktyoru Cem Yılmaz Bakıdadır.
Mival.info xəbər verir ki, tanınmış komediya ustası media nümayəndələri ilə görüşüb.
“Azərbaycanlılar sənət sevərdir. Azərbaycan musiqisi izləyirəm. Sizin mədəniyyətinizi öyrəməyə 2 gün çatmaz. Əgər bacarıqlı olsam, şou gözəl keçsə, dostlarımı da Bakıya gətirəcəm”.
O Bakını gəzə bilmədiyini deyib:
“Bakını az gəzdim, sabah vaxtım var, yaxşı gəzə bilərəm. Bakı gözəl yerdir, gərək vaxt ayırıb, gəzəsən. İki gün sonra geri qayıdacam, amma fikrim burda qalacaq. Buradan tar alacam. Sənətlə iç-içə cəmiyyətsiniz. Hər kəs musiqi alətində ifa edə bilir. Bu gözəl haldır”.
Yılmaz daha sonra “Tarkanla orqaniq bir bağımız var. Bilet qiymətləri açıqlananda, ilk ağıla Tarkan gəldi. Sənət adamlarının işi çətindir. Ona görə də sənət dostlarımdan nələrsə danışacam gecədə” sözlərini əlavə edib.
Cem Azərbaycan sənətçilərindən tanıdıqlarının adını açıqlayıb:
“Əvvəl narahat oldum ki, mənim zarafatlarımı anlamayacaqlar. Amma sonra düşündüm ki, İstanbulda belə məni anlamayanlar var. Dil problemi yaşamayacağımı düşünürəm. Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram. Aygün Kazımovanı, İradə İbrahimovanı, Raufu tanıyıram. Aktyorları isə tanımıram”.
Qeyd edək ki, Cem Yılmaz bu gün və sabah Heydər Əliyev Mərkəzində stand-up şou göstərəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
