“Bir az da bundan danışın...” - Dostəliyeva
Xalq artisti Nazpəri Dostəliyeva qardaşı qızı Pərvanə Dostəliyeva ilə yaşadığı qalmaqala baxmayaraq, yeni fotosessiyasını təqdim edib.
Minval.info xəbər verir ki, sənətçi yeni şəkillərini mediaya göndərib, daha sonra instaqram səhifəsində paylaşaraq onu tənqid edənlərə mesaj göndərib:
“Bir sənətkar olaraq hər zaman arxamca pis və yaxşı danışanlar olub. Gərək həyatda elə bir cümlə olasan ki, sənə nöqtə qoya bilməsinlər. Sizə yeni fotosessiyamı təqdim edirəm, bir az da bundan danışın”.
Pərvanə Dostəliyeva isə şəxsi səhifəsində status yazaraq qeyd edib ki, artıq insanlar Dostəliyevləri tanıyır:
“Sonuncu dəfə insanlara üzümü tutub deyirəm ki, Allah heç vaxt zalıma fürsət verməz. Onların pulu varsa, mənim də Allahım var. Mənə atılan böhtanlar, şərlər belə qalmaz. İnsanları artıq yormaq istəmirəm. Sözümü dedim və sübuta yetirdim. Bir daha deyirəm ki, məşhur olmaq niyyətində deyiləm. Həqiqətləri danışmaq tək məqsədim idi. İstədim ki, xalq onları tanısın”.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!