“BioNTech” 100 gün ərzində “omikron” ştamına qarşı peyvənd hazırlaya biləcəyini açıqlayıb
ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə koronavirusa qarşı peyvənd hazırlamış “BioNTech” öz preparatını “omikron” ştamına uyğunlaşdırmağa hazır olduğunu açıqlayıb.
Minval.info TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin təsisçisi və Baş direktoru Uğur Şahin məlumat verib. Onun sözlərinə görə, ehtiyac olarsa, yeni peyvənd 100 günə hazırlana bilər.
Şahin bildirib ki, ilkin məlumatlara görə, peyvənd olunmuş şəxslər “omikron” ştamına yoluxa bilər, lakin preparat xəstəliyin ağır keçməsindən qorumağa qadirdir.
“Biz belə bir virusun gələn ilin əvvəli peyda olacağını gözləyirdik, amma o, bir qədər tez gəldi”, – “BioNTech”in Baş direktoru deyib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omikron” hərfi ilə adlandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır