Binəqədidə lift təmiri pulu sirli şəkildə yoxa çıxdı: Sakinlər narazıdır
Binəqədi rayonunda yaşayan sakinlər lift təmiri üçün ödənilən məbləğin bir hissəsinin itməsi ilə bağlı narazılıq edirlər. Mir Cəlal küçəsi, 121C ünvanında yaşayan vətəndaşlar, təmir üçün tələb olunan 220 manatı ödədiklərini bildirirlər.
Minval.info xəbər verir ki, sakinlərdən biri, Faiq Məmmədov, yeni komendantın uçot kitabında yalnız 100 manatın qeyd edildiyini, qalan 120 manatın isə itkin olduğunu açıqlayıb. O, keçmiş komendantla dəfələrlə əlaqə saxladığını, lakin hər dəfə müxtəlif bəhanələrlə qarşılaşdığını və hazırda zənglərinə cavab verilmədiyini bildirib.
Faiq Məmmədov bu problemin yalnız onun deyil, digər sakinlərin də qarşılaşdığı bir vəziyyət olduğunu vurğulayıb. Sakinlər, itkin məbləğin geri qaytarılması üçün tədbir görülməsini tələb edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBAzərbaycan nefti bahalaşdı - görün neçəyə oldu
Nvidia süni intellekt sahəsində inqilaba hazır: 500 milyard dollarlıq addım!
Nvidia-nın milyardlıq sərmayəsi: Süni intellektə yeni qapılar açılır
Maaşınız 400 manatdan azdır? – Bu hallara diqqət yetirin!