Biləsuvarda yol qəzasında yaralılardan biri xəstəxananın şöbə müdiridir
Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.
“Report”un Muğan bürosu xəbər verir ki, rayonun İsmətli kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Asim Rasim oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobil həmkəndlisi, 1955-ci il təvəllüdlü Şakir İnşallah oğlu Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillə toqquşub.
Nəticədə rayon sakinləri – “VAZ-21015” markalı avtomobildə olan 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüb. Onların meyitləri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəzada xəsarət alan hər iki sürücü və İsmətli kənd sakinləri – 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, “Lada Priora” markalı avtomobilin sürücüsü Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı