Biləcəridə metroya yaxın mənzillər: Rahatlıq və əlverişlilik bir arada
Biləcəri qəsəbəsində yerləşən və ‘Avtovağzal’ metro stansiyasına yaxın olan mənzillər alıcıların diqqətini cəlb edir. Bu ərazidə yerləşən ‘Biləcəri’ yaşayış kompleksi, əlverişli yerləşimi və müasir infrastrukturu ilə seçilir.
Minval.info xəbər verir ki, ‘Biləcəri’ yaşayış kompleksində 56 kv.m-dən 110 kv.m-dək sahəyə malik müxtəlif otaq saylı mənzillər satışa çıxarılıb. Xüsusilə 77,52 kv.m və 77,64 kv.m sahəli 3 otaqlı studiya mənzillər, funksional planlaşdırılması ilə alıcıların marağını çəkir. Bu mənzillər, həm gənc ailələr, həm də gələcəyini indidən planlaşdırmaq istəyənlər üçün ideal seçimdir.
Kompleks, ‘Avtovağzal’ metro stansiyasına avtomobillə sadəcə 3 dəqiqəlik məsafədə yerləşir. Bu, sakinlərə həm şəxsi avtomobillə, həm də ictimai nəqliyyatla rahat hərəkət imkanı verir. Eyni zamanda, kompleksin ərazisində geniş park, uşaqlar üçün oyun meydançası və uşaq bağçası mövcuddur. Yaxınlıqda yerləşən məktəb isə məktəbli ailələr üçün əlavə üstünlük təşkil edir.
Mənzillər tam təmirli və kommunal xidmətlərə qoşulmuş şəkildə təhvil verilir. Səs və istilik izolyasiyası sayəsində sakinlərə daha sakit və komfortlu yaşayış təmin edilir. ‘Kristal’ şirkəti tərəfindən layihələndirilən mənzillər, hər kvadratmetrin optimal istifadəsi ilə fərqlənir.
Alıcılar mənzilləri 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və ya ‘Evini hissə-hissə al’ modeli ilə əldə edə bilərlər. Bu model, faizsiz və aylıq öhdəliksiz mənzil almaq imkanı yaradır.
Əgər siz də metroya yaxın, tam təmirli mənzil axtarırsınızsa, ‘Biləcəri’ yaşayış kompleksindəki mənzillərlə maraqlanmaq üçün satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!