Biləcəridə metroya yaxın mənzil axtaranlar üçün cazibədar fürsətlər: Rahatlıq və investisiya bir arada
Biləcəridə metroya yaxın mənzil axtaranlar üçün müxtəlif seçimlər mövcuddur. Xüsusilə, ‘Biləcəri’ yaşayış kompleksi alıcıların diqqətini çəkir.
Minval.info xəbər verir ki, alıcılar üçün mənzil seçərkən ən vacib amillərdən biri yerləşmədir. Metroya yaxın olan layihələr, gündəlik gediş-gəlişi asanlaşdırdığı və gələcəkdə dəyər artımı baxımından üstünlük yaratdığı üçün daha çox seçilir. ‘Biləcəri’ yaşayış kompleksi, ‘Avtovağzal’ metro stansiyasına yaxınlığı ilə alıcıların marağını cəlb edir.
Bu kompleksdə 56 kv.m-dən 110 kv.m-dək sahəyə malik 2, 3, 4 otaqlı və studiya tipli mənzillər satışa çıxarılıb. Xüsusilə, 77,52 kv.m və 77,64 kv.m sahəli 3 otaqlı studiya mənzillər optimal planlaşdırılması ilə diqqət çəkir. Bu mənzillər gənc ailələr və gələcəyini indidən planlaşdırmaq istəyən alıcılar üçün əlverişli seçimdir.
ƏLAQƏLİ
Süni intellekt hollivudda: Nolanın "troya atı" narahatlığı və böyük razılaşmaların sirri
‘Biləcəri’ yaşayış kompleksi ‘Avtovağzal’ metro stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşir. Şoseyə və metroya yaxınlıq, şəxsi avtomobildən və ictimai nəqliyyatdan rahat istifadə etməyə imkan verir. Bu isə işə, təhsil müəssisələrinə və şəhərin müxtəlif istiqamətlərinə gündəlik gediş-gəlişi daha rahat və vaxt itkisi olmadan planlaşdırmağa şərait yaradır.
Kompleksdə rahat yaşayış üçün lazım olan infrastruktur da mövcuddur. Həyətdə geniş park, uşaqlar üçün oyun meydançası və uşaq bağçası yerləşir. Yaxınlıqda fəaliyyət göstərən 2 saylı tam orta məktəb isə məktəbli ailələr üçün əlavə üstünlükdür. Avtomobillər üçün yeraltı dayanacaq, ərazinin mühafizəsini təmin edən xüsusi xidmət və kamera nəzarət sistemi sakinlərin təhlükəsizliyi və rahatlığı üçün yaradılıb.
Mənzillər tam təmirli və kommunal xidmətlərə qoşulmuş şəkildə təhvil veriləcək. Səs və istilik izolyasiyası daha sakit və komfortlu yaşayış təmin edir.
Layihənin digər üstünlüklərindən biri də optimal mənzil planlamasıdır. ‘Kristal’ bu layihədə mənzilləri hər kvadratmetrin düzgün istifadəsi prinsipi ilə layihələndirib. Nəticədə 77,52 kv.m və 77,64 kv.m sahəyə malik 3 otaqlı studiya mənzillər geniş və funksional yaşayış hissi yaradır.
Mənzili 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və ya ‘Evini hissə-hissə al’ modeli ilə əldə etmək mümkündür. Faizsiz və aylıq öhdəliksiz bu model sayəsində mənzilini kvadrat-kvadrat alaraq gələcəyinə dəyər qazandıran investisiya edə bilərsən.
Əgər sən də metroya yaxın, tam təmirli mənzil axtarırsansa, ‘Biləcəri’ yaşayış kompleksində tikintisi davam edən 3 otaqlı studiya mənzillərlə yaxından tanış olmağın vaxtıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kredit borcunuzu azaldın: Yelo bank-dan 2%-dək endirim fürsəti!
Qızıl qiymətləri niyə yüksəlir? – Zərgərdən əhəmiyyətli təhlil
Sükutunu qalmaqallı şərhə pozdu: Ufuk Beydemirdən keçmiş arvadına atmaca
Özəl bağçalarda dövlət dəstəyi: 8 min uşağa pulsuz təhsil imkanı!