Beyindən pis xatirələri silmək mümkün olacaq
Beyində olan qorxu və təhdidlə bağlı bütün pis xatirələr silinəcək
Pis xatirələri yaddaşdan silmək mümkün olacaq. Belə ki, aparılan uzun müddətli araşdırmalardan sonra bu qənaətə gəlinib. Ekspertlərin tapdığı yeni üsulla beyində olan qorxu və təhdidlə bağlı bütün pis xatirələr silinəcək. Minval.info medicina.az-a istinadən maraqlı araşdırmanı təqdim edir.
Bu tədqiqat ilk dəfə siçanların üzərində aparılıb. Nəticə isə uğurlu olub. Bu, tibb dünyasında illərdir üzərində işlənilən layihə olub. Bundan başqa, kanadalı alimlər daha üstün kəşf etdiklərini açıqlayıb.
Belə ki, bu prosedur zamanı yaddaşda olan pis xatirələr silindikdə heç bir yaxşı hadisəyə toxunmur. Alimlərin sözlərinə görə, beyində milyonlarla hüceyrə var, bunlardan sadəcə kiçik bir hissəsi xatirələrə ayrılıb. Bu, daha çox zorlamaya məruz qalmış qadınlar, travma sonrası stress pozğunluğu olan insanlara tətbiq ediləcək.
Xatırladaq ki, bundan əvvəl də pis xatirələri yaddaşdan silmək üçün aparılan araşdırmalar olub. Stanford Unuversitetində yatan siçanlar üzərində araşdırma aparılaraq qorxulu xatirələr müvəffəqiyyətlə silinmişdi. Keçən həftə MİT və Cambridge Whitehead Biotibbi Tədqiqat İnstitutu xatirələrin yox edilməsində əhəmiyyətli rol oynayan “Tet1” adlı geni təyin etmişdilər.
Mütəxəssislər bu geni inkişaf etdirərək PTSD (travma sonrası stress pozğunluğu) xəstələrinin pis xatirələrini rahatlıqla unutmalarını təmin edəcəklərini bildirmişdilər. Eyni zamanda, Nortvestern araşdırmaçıları romantik xatirələrin yuxu əsnasında müvəffəqiyyətli şəkildə idarə edilə biləcəyini söyləyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır