“Bəxt üzüyü 2” filmi izdiham yaşatdı: İmza günündən – FOTOLAR
Hazırda yerli kinoteatrlarımızda izləmə rekordu qıran “Bəxt üzüyü 2” filminin əsas qəhrəmanları kinosevərlərlə görüşüb.
Minval.İnfo xəbər verir ki, imza günü Park Bulvar AVM-in Park Cinema kinoteatrında baş tutub. Tədbirdə filmin baş prodüserləri eləcə də yeni obrazları, əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları ilə yanaşı hələ 27 il öncə yaratdıqları “Söylü” və “Moşu” obrazları ilə “Bəxt üzüyü” filminin möhürünü vuran, xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov da iştirak edib.
Aktyorlarla görüşdə əsl izdiham yaşanıb. Tamaşaçılar “Söylü”, “Moşu”, “Xoşbəxt” və “Fedot” xarakterlərindən imza almaq üçün növbə gözləyib, xatirə şəkilləri də çəkdiriblər. Elə film qədər də maraqla qarşılanan imza gününə A. Bəşirqızının qatılması tamaşaçılar üçün ikiqat sevincə çevrilib.
Hər kəs saysız-hesabsız obrazların müəllifi, unudulmaz Bəşir Səfəroğlunun xatirəsi olan Afaq xanımı yaxından görmək və sevgisini çatdırmaq istəyib.
Tədbirin davamında tamaşaçılar qəhrəmanlarla birgə “Bəxt üzüyü 2” filmini izləyib. Anşlaq yaşanan seansda aktyorlar ayaqüstə alqışlanıb. Xatırladaq ki, qarşıda “Bəxt üzüyü 2” filminin növbəti imza günləri keçiriləcək.
Belə ki, 24 fevral saat 17:00-da Metro Park TM-nin Park Cinema Kinoteatrında və 3 mart saat 13:00-da Quba Asan Həyat Kompleksində yerləşən kinoteatrında əsas qəhrəmanlarla birgə filmi izləmək imkanı olacaq. Qeyd edək ki, “Planet Parni iz Baku” komandasının ərsəyə gətirdiyi “Bəxt üzüyü 2” filmi xalq şairi Vagif Səmədoğlunun 80 illik yubileyinə həsr edilib. Ekran işində həmçinin xalq artisti Rəfael Dadaşov, əməkdar artist Bəhram Bağırzadə, müğənni Firəngiz Rəhimbəyova, aparıcı Fariz İlyasov, aktyorlar Duyğu Dəvəli və Emil Musayev də rol alıb. Filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, icraçı prodüseri Mirsalam Mirsalamovdur.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!





