BDU-dakı vəziyyətlə bağlı mətbuat xidmətindən açıqlama
Bakı Dövlət Universitetində yoxlamaların aparılması və giriş-çıxışın bağlanması xəbərinə rəsmi cavab verilib.
Universitetin mətbuat katibi Pərvanə İbrahimova “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib: “Bir sıra saytlarda universitetin giriş-çıxışının bağlanması, qapıların möhürlənməsi və yoxlamaların aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda universitetdə hər şey qaydasında davam edir”.
Qeyd edək ki, BDU-nun rektoru Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən çıxarılıb.
Yayılan məlumatda vurğulanıb ki, yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı