Bayden: “Braziliyada demokratiyaya hücumu pisləyirəm”
“Braziliyada demokratiyaya və hakimiyyətin dinc yolla ötürülməsinə edilən hücumu pisləyirəm”.
Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden tviter hesabında yazıb.
“Braziliyanın demokratik təsisatları bizim tam dəstəyimizə malikdir və Braziliya xalqının iradəsi sarsıdılmamalıdır. Mən Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm”, – ABŞ lideri əlavə edib.
Ağ Evin məlumatına görə, ABŞ Prezidenti Braziliyanın keçmiş dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının bazar günü hökumət əleyhinə etirazlar zamanı Milli Konqresə, Prezident Sarayına və Federal Ali Məhkəməyə hücumların olduğu Cənubi Amerika ölkəsinin paytaxtında vəziyyəti hiddətli adlandırıb.
“Bu, hiddət doğurur”, – Bayden Braziliyada baş verənləri şərh edərkən deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı